Ermənistanın "CAESAR"ları ilk dəfə görüntüləndi - VİDEO
Dünya
13.05.2026 16:45
Ermənistan Ordusunun Fransadan tədarük etdiyi "CAESAR" özüyeriyən artilleriya qurğuları ilk dəfə ictimaiyyətə nümayiş olunub.
TodayPress TV xəbər verir ki, görüntülər mayın 28-də keçiriləcək Respublika Günü hərbi paradının məşqləri zamanı qeydə alınıb.
Baş nazir Nikol Paşinyanın paylaşdığı videoda Yerevanda keçirilən hazırlıq prosesində bu sistemlərin kolona daxil olduğu görünür.
CAESAR haqqında qısa məlumat:
* 155 mm çaplı özüyeriyən haubitsa
* Maksimum atış məsafəsi: 54 km (V-LAP mərmilərlə)
* Atəş tezliyi: 6 saniyədə 3 atış
* Şassi: Renault Sherpa 10 (6×6)
* Heyət: 4–5 nəfər
Qeyd edək ki, Fransa ilə Ermənistan arasında bu sistemlərin alınmasına dair müqavilə 2024-cü ilin iyununda imzalanıb.
Həmçinin paradda yerli istehsal pilotsuz uçuş aparatlarının da nümayişi planlaşdırılır.
tag: Ermənistan,CAESAR,Fransa,Parad,Todaypress.tv,
