Ermənistanda Türk görənlərin reaksiyası - VİDEO

Ermənistanda Türk görənlərin reaksiyası - VİDEO
16.06.2026 15:18 Dünya

Türkiyəli səyyah Emre Zeybek Ermənistana etdiyi motosiklet səfərinin yekunları ilə bağlı diqqətçəkən paylaşım edib.

TodayPress TV xəbər verir ki, səfər zamanı yaşadığı təcrübələri bölüşən səyyah, ölkəyə qarşı bəslədiyi ön mühakimələrin səfər sonunda da dəyişmədiyini bildirib.

Səfər təəssüratlarını şərh edən Zeybek öz müşahidələrini belə ifadə edib:

 "Bu ölkəyə qarşı bəslədiyim ön mühakimələrlə gəldim və təəssüf ki, həmin mühakimələrim dəyişmədən də ayrıldım. Səyahətim boyunca insanlara daim gülərüzlə yanaşdım və heç bir təxribatçı rəftar sərgiləmədim. Lakin oturduğum restoranlardakı işçilərdən tutmuş küçədə qarşılaşdığım insanlara qədər, 7-dən 70-ə hər kəsdən oxşar reaksiyalar aldım".

Səyyah hər cəmiyyətdə istisnaların olduğunu qeyd etsə də, Ermənistanla bağlı narahatlığını gizlətməyib. O, ölkədəki təhsil sistemindəki problemlərə toxunaraq vurğulayıb:

"Ermənistanda nifrət aşılayan bütün ünsürlərin məktəblərdən təmizlənməsinin şərt olduğunu düşünürəm".

Zeybek qeyd edib ki, bu paylaşım tamamilə onun şəxsi müşahidələrini əks etdirir. Səfərinin məqsədinə gəldikdə isə o, bunu xəyalını qurduğu dünya turu üçün bir təcrübə mərhələsi kimi qiymətləndirib və əlavə edib:

"Qətiyyən peşman deyiləm".

Qeyd edək ki, Ermənistanda onun türk olduğunu eşidən insanlar səyyahı xoş qarşılamayıblar. Hətta paylaşdığı görüntünə erməni uşağın türk sözünü eşidəndən sonra tüpürdüyü də görünür.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Bütün Xəbərlər