Ermənistan XİN rəsmisi BMT rəsmisi ilə danışıqlar apardı
Dünya
10.12.2025 12:06
Ermənistan xarici işlər nazirinin müavini Robert Abisoqomonyan Nyu-Yorkda BMT baş katibinin siyasi məsələlər üzrə müavini Qay Rayderlə görüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Məlumata görə, tərəflər Ermənistan və BMT arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək bu əlaqələri daha da genişləndirməyə hazır olduqlarını bildiriblər.
Görüşdə BMT-80 təşəbbüsü çərçivəsində nəzərdə tutulan islahatlar, inkişaf sahəsində əməkdaşlıq, insan hüquqlarının müdafiəsi və BMT strukturlarının səmərəli fəaliyyətinin vacibliyi müzakirə olunub.
Abisoqomonyan həmkarına regiondakı son vəziyyət barədə məlumat verib və 8 avqustda Vaşinqtonda əldə edilmiş razılaşmaların, suverenlik və ərazi bütövlüyü əsasında infrastrukturun açılması, sülhün qorunması və dövlətlərin yurisdiksiyasının gücləndirilməsi istiqamətində təşəbbüslərin həyata keçirilməsinin önəmini vurğulayıb.
O həmçinin 2026-cı ildə İrəvanda keçiriləcək Bioloji Müxtəliflik Konvensiyasına (COP17) hazırlıq işləri barədə məlumat verib və bu konfransın bütün tərəflər üçün inklüziv və əməkdaşlıq yönümlü təşkil ediləcəyini bildirib.
Türkan İsgəndərli
tag: Ermənistan,BMT,XİN,Görüş,Todaypress.tv,
