Ermənistan bu dialoqla çalxalanır: "Səni gördüm, pis oldum!" - VİDEO

Dünya

16.05.2026 14:54

Ermənistanın Baş naziri Nikol Paşinyanın İrəvanda daxil olduğu mağazalardan birində satıcı ilə yaşadığı qısamüddətli dialoq cəmiyyətdə ciddi rezonans doğurub.

TodayPress TV xəbər verir ki, bu barədə erməni KİV-ləri və sosial şəbəkə seqmentlərində məlumat yayılıb.

Bildirilib ki, hökumət başçısı paytaxt küçələrində gəzinti zamanı müxalifətçi baxışları ilə tanınan ("revanşist" kimi xarakterizə edilən) bir şəxsə məxsus ticarət obyektinə daxil olub. Baş nazirin mağaza sahibinə müraciətlə verdiyi "Salam. Yaxşısan? Necəsən?" sualına qarşı tərəfdən gözlənilməz reaksiya gəlib.

Məlumata görə, mağaza sahibi Paşinyanın sualına kəskin şəkildə "Xeyr, özümü yaxşı hiss etmirəm" cavabını verib. Baş nazirin bunun səbəbini soruşmasından sonra isə satıcı açıq şəkildə "Çünki səni gördüm" deyərək hökumət başçısının ölkədəki varlığına və siyasətinə öz etirazını bildirib.

Qiymət Mahir

tag: ,