Erməni zabit bədbəxt hadisə nəticəsində öldü
Ermənistanın Geqarkunik vilayətinin Vardenis şəhərində 26 yaşlı erməni zabit bədbəxt hadisə nəticəsində ölüb.
TodayPress TV xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.
Müdafiə Nazirliyi hadisənin hərbi xidmətlə bağlı olmadığını açıqlayıb.
“Hraparak” nəşrinin məlumatına görə, zabit dəm qazından zəhərlənərək həyatını itirib. Onun meyiti yaşadığı evdə aşkarlanıb. İlkin araşdırma zamanı cəsəd üzərində zorakılıq əlamətləri müəyyən edilməyib.
Jalə Rövşən