Dünyanın gözü Pekində olacaq: Trampın Çin səfərindən dərhal sonra...
Dünya
16.05.2026 10:42
Rusiya Prezidenti Vladimir Putin Çin lideri Si Cinpinin dəvəti ilə mayın 19-20-də rəsmi səfərlə Çinə gedəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında məlumat yayılıb.
Bildirilib ki, səfər dövlətlərarası münasibətlər üçün əsas sənəd sayılan “Qonşuluq, dostluq və əməkdaşlıq haqqında” müqavilənin imzalanmasının 25 illiyinə həsr olunub.
Məlumata görə, Vladimir Putin və Si Cinpin ikitərəfli münasibətlərin aktual məsələlərini, Rusiya ilə Çin arasında hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlığın daha da dərinləşdirilməsi yollarını müzakirə edəcəklər. Liderlər, həmçinin əsas beynəlxalq və regional problemlər ətrafında fikir mübadiləsi aparacaqlar.
Onlar 2026-2027-ci illəri əhatə edəcək Rusiya və Çin Təhsil İllərinin açılış mərasimində də iştirak edəcəklər.
Danışıqların yekununda birgə bəyanat və bir sıra digər sənədlərin imzalanması planlaşdırılır.
Səfər çərçivəsində Putin Çin Dövlət Şurasının Baş naziri Li Tsyan ilə də görüşəcək.
Qeyd edək ki, mayın 15-də ABŞ Prezidenti Donald Trampın Çinə rəsmi dövlət səfəri başa çatıb.
Qiymət Mahir
