Dünyanı neft böhranı gözləyir – Kritik xəbərdarlıq
Dünya
13.05.2026 15:14
Beynəlxalq Enerji Agentliyi (BEA) bildirib ki, İranla müharibə fonunda Yaxın Şərqdə neft hasilatına dəyən ciddi zərər səbəbindən 2026-cı ildə qlobal neft təklifi dünya tələbatını tam qarşılaya bilməyəcək.
TodayPress TV xəbər verir ki, bu barədə BEA-nın aylıq hesabatında qeyd olunub.
Məlumata görə, Fars körfəzi regionundakı istehsalçıların ümumi tədarük itkiləri artıq 1 milyard bareli ötüb. Hazırda hasil edilməyən neftin həcminin sutkada 14 milyon bareldən çox olduğu bildirilib.
Hesabata əsasən, 2026-cı ildə qlobal neft təklifi gündəlik tələbdən 1,78 milyon barel geri qalacaq. Bu isə ötən ay proqnozlaşdırılan profisitin tamamilə aradan qalxmasına səbəb olacaq.
Qeyd olunub ki, hətta münaqişə iyunun əvvəlində başa çatsa belə, neft bazarında ciddi çatışmazlığın ən azı 2026-cı ilin üçüncü rübünün sonuna qədər davam edəcəyi gözlənilir.
Nicat Osmanlı
tag: BEA,Neft,Barrel,Hesabat,Todaypress.tv,
