Danimarka uzaq mənzilli silahlar alacaq

Danimarka uzaq mənzilli silahlar alacaq
17.09.2025 17:19 Dünya

Danimarkanın Baş naziri Mette Frederiksen Rusiyanın Avropaya yaratdığı təhlükəyə qarşı ölkənin hərbi gücünü artırmaq üçün yüksək dəqiqlikli, uzaqmənzilli silahlar alacağını açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Baş nazir vurğulayıb ki, hazırda Danimarkaya qarşı dərhal hücum təhlükəsi yoxdur. Lakin Rusiyanın qarşıdakı illərdə Avropa və Danimarka üçün təhlükə yaradacağına heç bir şübhə yoxdur.

Hökumət nə qədər vəsait ayrılacağını və konkret hansı silahların alınacağını hələ açıqlamayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər