Çin, ABŞ və BƏƏ-dən ortaq əməliyyat - yüzlərlə fırıldaqçı saxlanıldı
Çin, ABŞ və BƏƏ-nin hüquq-mühafizə orqanları Dubayda telekommunikasiya və onlayn fırıldaqçılıq şəbəkələrinə qarşı yönəlmiş ilk birgə beynəlxalq əməliyyatı həyata keçiriblər.
TodayPress TV xəbər verir ki, bu barədə Çinin İctimai Təhlükəsizlik Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əməliyyat zamanı polislər fırıldaqçıların sığındığı 9 ofisi darmadağın edib və 276 şübhəli şəxsi həbs ediblər.
Nazirlik rəsmisi bildirib ki, bu birgə əməliyyat Çin polisinin beynəlxalq hüquq-mühafizə sahəsində əməkdaşlığı gücləndirmək səylərində mühüm mərhələdir.
Aysel Mətləb