Çin ABŞ ilə ticarət dövriyyəsini azaltdı

Çin ABŞ ilə ticarət dövriyyəsini azaltdı
08.12.2025 10:17 Dünya

2025-ci ilin yanvar-noyabr aylarında Çin və ABŞ arasında ticarət dövriyyəsi 514,66 milyard dollara düşüb.

TodayPress TV xəbər verir ki, bu barədə "TASS" agentliyi Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinə istinadən məlumat verib.

Bildirilib ki, Çinin ABŞ ilə ticarəti illik müqayisədə 17,5 faiz azalıb. İxrac 18,9 faiz (385,9 milyard dollar), idxal isə 13,2 faiz (128,76 milyard dollar) azalıb. 

Məlumata görə, payızın son ayında ikitərəfli ticarət dövriyyəsi daha 2,7 faiz azalıb. Çin ixracı 3,2 faiz azalıb, Amerika məhsullarının alışı isə 0,9 faiz artıb.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər