Bu şirkət Rusiya və Belarusda fəaliyyətini dayandırır

Dünya

16.05.2026 23:40

Yaponiyanın “Konami” oyun şirkəti Rusiya və Belarusda xidmətlərini dayandıracağını elan edib.

TodayPress TV xəbər verir ki, bu barədə məlumat şirkətin “eFootball” oyununun rəsmi saytında yerləşdirilib.

Qeyd edilib ki, xidmətlərin göstərilməsi 15 iyun 2026-cı il tarixində dayandırılacaq.

Qərar “Metal Gear Solid V” və “Yu-Gi-Oh!” oyunlarına da şamil olunur.

TodayPress TV

tag: Konami,Rusiya,Belarus,Dünya,Todaypress.tv,