Bu ölkələr İranla razılaşdı - Hörmüzdə qaydalar dəyişir

Bu ölkələr İranla razılaşdı - Hörmüzdə qaydalar dəyişir
13.05.2026 10:21 Dünya

İraq və Pakistan İran ilə Hörmüz boğazı üzərindən neft və mayeləşdirilmiş təbii qazın (LNG) daşınması ilə bağlı ayrı-ayrı razılaşmalar əldə edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, İraq iki neft tankerinin təhlükəsiz keçidi üçün təminat alıb. Pakistan isə LNG tədarükünün İranın təsdiqlədiyi marşrutlar vasitəsilə həyata keçirilməsi barədə razılığa gəlib.

Bildirilir ki, İran Hörmüz boğazını tam bağlamaq əvəzinə, keçidlərə nəzarət siyasətinə üstünlük verməyə başlayıb. Məlumata əsasən, digər ölkələr də oxşar razılaşmalar üzərində işləyir.

TodayPress TV

XƏBƏR LENTİ
10 IYUL 2026
Bütün Xəbərlər