Bu ölkələr hərəkətə keçir - İRAN HƏDƏFDƏ

Dünya

18.05.2026 10:05

ABŞ və İsrailin yaxın günlərdə İrana qarşı mümkün birgə hərbi əməliyyata hazırlaşdığı iddia olunur.

TodayPress TV   xəbər verir ki, bu barədə İsrailin "KAN" dövlət kanalı məlumat yayıb.

Məlumatlara əsasən, ABŞ və İsrail rəsmiləri gələn həftədən etibarən İrana qarşı mümkün genişmiqyaslı əməliyyat ssenarilərini müzakirə edir. Rəsmi tərəflərdən isə hələlik bu iddialarla bağlı yekun təsdiq verilməyib.

Qeyd edilir ki, Donald Tramp İranla bağlı sərt bəyanatlar səsləndirib və Tehrana nüvə sazişi ilə bağlı xəbərdarlıq edib.

Jalə Rövşən 

tag: İsrail ,İran ,ABŞ,Hücum ,Todaypress.tv,