Böyük müharibə planı sızdı: Gələn həftənin əvvəli hər şey başlayır!

Dünya

16.05.2026 11:18

ABŞ və İsrail gələn həftənin əvvəlində İslam Respublikasına qarşı mümkün hərbi əməliyyatların yenidən başlanması üçün intensiv hazırlıqlar görür.

TodayPress TV xəbər verir ki, bu barədə “The New York Times” yazıb.

Məlumata görə, nəzərdən keçirilən variantlar arasında İranın hərbi və infrastruktur obyektlərinə qarşı daha aqressiv bombardman kampaniyası, eləcə də nüvə materiallarının tapılması və ələ keçirilməsi məqsədilə xüsusi yerüstü əməliyyatların həyata keçirilməsi də var.

Qəzet yazır ki, bu missiyada bölgəyə yerləşdirilmiş xüsusi əməliyyat qüvvələrindən istifadə edilə bilər. Lakin belə bir əməliyyatın icrası üçün minlərlə dəstəkçi əsgərin cəlb olunmasının zəruri olacağı vurğulanır.

NYT-nin məlumatına görə, Donald Trampın köməkçiləri prezidentin hələ də növbəti addımlar barədə yekun qərar vermədiyini bildiriblər. Verməmisizsə verəndə mənbədən axtarın

tag: ,