Borisenko Putini biabır etdi - Neftə görə ona - buna yalvarır...
Rusiyalı Jurnalist Dmitri Borisenko ölkə rəhbərliyini kəskin tənqid edərək Krımda ciddi logistika böhranının yaşandığını bildirib.

TodayPress TV xəbər verir ki, onun sözlərinə görə, neft və qaz gəlirləri ilə zəngin olan ölkədə əhali yanacaq çatışmazlığı və müxtəlif məhdudiyyətlərlə üzləşir.
Borisenko qeyd edib ki, Donetsk və Xerson istiqamətindən keçən əsas quru nəqliyyat marşrutları mütəmadi olaraq Ukrayna pilotsuz uçuş aparatlarının hücumlarına məruz qalır. Bu səbəbdən sərnişin daşımalarında məhdudiyyətlər tətbiq olunur, yanacaq daşıyan nəqliyyat vasitələri isə davamlı risk altında fəaliyyət göstərir.
Mövcud vəziyyətin həm hərbçilərə, həm də mülki əhaliyə təsir etdiyi bildirilir.
Jurnalist müharibəni “21-ci əsrdə yüz minlərlə qurban tələb edən vəhşi qərar” adlandıraraq bunu ölkə rəhbərliyinin səriştəsizliyinin göstəricisi kimi qiymətləndirib.
O, mövcud problemlərin həlli üçün alternativ planın görünmədiyini, idarəetmədə isə çaşqınlıq və iflic vəziyyətinin hökm sürdüyünü deyib.
Borisenkonun fikrincə, Rusiya münaqişədə qələbə qazana bilməyəcək və hazırkı vəziyyət ölkəni çıxılmaz duruma sürükləyib.
Jalə Rövşən