“BMW” 720 mindən çox avtomobilini geri çağırır
ABŞ-də “BMW” markalı 720 mindən çox avtomobil yanğın təhlükəsi səbəbindən geri çağırılır.
TodayPress TV “Reuters”ə istinadla xəbər verir ki, geri çağırılma 2012–2018-ci illərdə istehsal olunmuş “BMW” 3-cü və 5-ci seriya, X1, X3, X4, Z4 və digər modelləri əhatə edir.
Buna səbəb su nasosunun elektrik birləşdiricisində yarana biləcək qısaqapanma riskidir. Bu nasazlıq avtomobillərdə yanğına səbəb ola bilər.
Kübra Musayeva