BMT TŞ-nin fövqəladə iclası keçiriləcək
BMT Təhlükəsizlik Şurasının Rusiya "MiQ-31" qırıcılarının Estoniya hava məkanını pozması ilə bağlı fövqəladə iclası sentyabrın 22-də keçiriləcək.
TodayPress TV xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyi məlumat verib.
Ölkənin xarici işlər naziri Marqus Tsaxna iddia edib ki, Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiya BMT-nin bütün üzvlərinin təhlükəsizliyi üçün vacib olan prinsipləri pozur, buna görə də məhz bu dünya təşkilatının orqanının iclasında müzakirə keçirmək lazımdır.