Polşa prezidenti təcili müşavirə çağırdı - YENİLƏNDİ

Polşa prezidenti təcili müşavirə çağırdı - YENİLƏNDİ
31.10.2026 09:05 Dünya

Polşa prezidenti Karol Navrotski ölkənin Konstitusiya Məhkəməsində yaranmış vəziyyətin həlli məqsədilə bütün siyasi qüvvələrin iştirakı ilə təcili müşavirə çağırıb.

TodayPress TV  xəbər verir ki, bununla yanaşı, Polşa prezidentinin konstitusiya böhranı fonunda gəldiyi məhkəmə binasını hələ tərk etmədiyi bildirilir.

***

7:38

Polşa Konstitusiya Məhkəməsinin qarşısında toqquşmalar davam edir.

TodayPress TV  xəbər verir ki, əksəriyyəti sərxoş olan etirazçılar polis kordonunu keçməyə çalışırlar.

***

5:45

Polşa prezidenti Karol Navrotski ölkədə Konstitusiya Məhkəməsi ətrafında yaranmış böhranla əlaqədar Seneqala səfərini yarımçıq dayandıraraq Varşavaya qayıdıb.

TodayPress TV  xəbər verir ki, prezident paytaxta çatdıqdan sonra Prezident Sarayında Konstitusiya Məhkəməsinin sədri Boqdan Şvençkovski və Ali Məhkəmənin sədri Zbiqnev Kapinski ilə görüş keçirib.

Görüşdə hansı məsələlərin müzakirə olunduğu barədə məlumat verilməyib.

Qeyd edək ki, bundan əvvəl hakim Anna Korvin-Piotrovska Şvençkovskinin vəzifələrinin icrasını bir ay müddətinə dayandırdığını elan edib.


XƏBƏR LENTİ
31 OKTYABR 2026
Bütün Xəbərlər