Trampın planı açıqlandı: Seçkidən sonra...

Trampın planı açıqlandı: Seçkidən sonra...
31.10.2026 09:19 Dünya

ABŞ-da noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərində Respublikaçılar Partiyasının məğlubiyyəti prezident Donald Trampın İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa etmək qərarına təsir göstərə bilər.

TodayPress TV xəbər verir ki, “Axios” portalı ABŞ administrasiyasındakı mənbələrə istinadən yazır ki, Ağ Evdə İrana yenidən zərbələr endirilməsi məsələsində fikir ayrılığı mövcuddur.

Dövlət katibi Marko Rubio və Pentaqon rəhbəri Pit Heqset hərbi əməliyyatların bərpasını dəstəkləyir. Vitse-prezident Ceyms Devid Vens, eləcə də Stiv Uitkoff və Cared Kuşner isə Tehranla danışıqların yenidən başlanmasının tərəfdarıdır.

Administrasiyadakı mənbələrdən birinin sözlərinə görə, Respublikaçılar aralıq seçkilərdə məğlub olarsa, Tramp İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlamaq barədə əmr verməyə daha meyilli ola bilər.

Ağ Evin nümayəndəsi isə seçkilərin nəticələrinin prezidentin İranla bağlı qərarlarına təsir etməyəcəyini bildirib.

“Axios”un məlumatına görə, Qətər nümayəndələri ABŞ və İran arasında birbaşa danışıqların bərpası istiqamətində Tehranda irəliləyiş əldə ediblər. Tərəflər arasında təmasların oktyabrın 31-də Dohada davam etdirilməsi planlaşdırılır.

Qeyd edək ki, ABŞ-da Konqresə aralıq seçkiləri noyabrın 3-də keçiriləcək.

Jalə Rövşən 

XƏBƏR LENTİ
31 OKTYABR 2026
Bütün Xəbərlər