Serialdan gerçəyə uzanan kölgə - "Kurtlar Vadisi"nin ssenaristi hər şeyi AÇIQLADI
MİT əməkdaşı Kaşif Kozinoğlu ilə bağlı Silivri Respublika Baş Prokurorluğuna ifadə verən "Kurtlar Vadisi" ssenaristlərindən Raci Şaşmazın ifadəsi oxuyan hər kəsi təəccübləndirib.
TodayPress TV xəbər verir ki, serialda MİT əməkdaşını canlandıran obrazın adının "Kazım Kaşifoğlu" olmasını "təxəyyül məhsulu" kimi izah edən Şaşmaz bunları deyib:
"Kaşifoğlu obrazı kəşfiyyatdaxili qarşıdurmaları təsvir etmək üçün yaradılmışdı, hekayəsi bitdikdə isə serialda öldürülərək başqa obrazlara və mövzulara keçildi. Serialdakı obrazın ölümü mövzunun bitməsini ifadə edir. Reallıqla heç bir əlaqəsi yoxdur. Əgər o, cinayət qurbanı olubsa və ya ölümündə səhlənkarlıq halları varsa, bunun üzə çıxarılması və bunda əli olanların cəzalandırılması bütün ictimaiyyət kimi bizim də tələbimizdir".
O əlavə edib ki, bu, tamamilə serial qurğusudur və təxəyyül məhsulu olan obrazların birləşməsindən ibarətdir:
"Kiminsə ölümünü əvvəlcədən bilmək ehtimalımız yoxdur. Bundan əlavə, sosial mediada FETÖ-cü Ali Fuat Yılmazerin ssenariyə müdaxilə etdiyinə dair iddialar dolaşsa da, bu xəbərlər tamamilə böhtandır, Ali Fuat Yılmazeri tanımıram, onunla heç bir əlaqəm olmayıb".
Aysel Mətləb