"Bizi Azərbaycan ilə üz-üzə gətirmək üçün hər şeyi etdilər" - iranlı general danışdı
Dünya
18.05.2026 23:47
"İran Azərbaycan və Türkiyəyə qarşı heç bir zərbə endirməyib".
TodayPress TV xəbər verir ki, bunu iranlı general Yahya Rəhim Səfəvi bildirib.
Onun sözlərinə görə, müharibə başlayandan bu günə qədər müxtəlif mərkəzlər İranı Azərbaycan və Türkiyə ilə üz-üzə gətirmək üçün əllərini gələn hər şeyi ediblər.
"Biz Azərbaycana hər şeyi izah etdik və onlar da bunu anladılar. Azərbaycan İrana humanitar yardım göndərdi və müxtəlif təxliyə tədbirləri üçün humanitar dəhliz yaratdı. Bunun özü olduqca böyük addım və dəstəkdir. İran bunu yüksək dəyərləndirir", - deyə o izah edib.
Yahya Rəhim Səfəvi qeyd edib ki, Ermənistan İrana dost ölkədir:
"Ermənistanın Avropa ilə münasibətlərini normal qarşılayırıq, çünki Avropa müharibədə ideal olmasa da qənaətbəxş davrandı. Buna baxmayaraq Ermənistanın ABŞ əsgərini bölgəyə gətirmək istəyi İran üçün suallar doğurur".
Aysel Mətləb
tag: Azərbaycan,İran,Türkiyə,Ermənistan ,TodayPress TV,
