Bir tanker icarəsi "SpaceX" raketindən bahadır

Bir tanker icarəsi "SpaceX" raketindən bahadır
09.10.2026 21:11 Dünya

ABŞ-dən Çinə neft daşıyan tankerin icarə haqqı təxminən 80 milyon dollara çatıb ki, bu məbləğ “SpaceX” şirkətinin “Falcon 9” raketini kosmosa buraxmaq üçün tələb olunan xərclərdən 6 milyon dollar çoxdur.

TodayPress TV xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, qiymətlərin bu qədər yüksək olması Hörmüz boğazında vəziyyətin gərginləşməsi nəticəsində qlobal tanker çatışmazlığı ilə bağlıdır. Yaxın Şərqdəki neft şirkətləri nefti bir tankerdən digərinə, yəni “şatl üsulu” ilə ötürməyə məcbur qalırlar. Bu isə hər reysin müddətini təxminən bir həftə uzadır. Regionda qeyri-sabit və daim dəyişən vəziyyət səbəbindən ticarət axınlarının fasilələrlə davam etməsi də dünya donanmasına əlavə yük yaradır.

Beynəlxalq əmtəə ticarəti ilə məşğul olan “Vitol” şirkətinin baş direktoru Rassel Hardinin sözlərinə görə, daşıma imkanları həqiqətən də hamının tələbatını ödəməyə kifayət etmir. O bildirib ki, qiymət dəyişkənliyi o qədər kəskin həddə çatıb ki, treyderlər daşınmanın dəqiq dəyərini hesablamaqda çətinlik çəkirlər.

Aysel Mətləb

XƏBƏR LENTİ
09 OKTYABR 2026
Bütün Xəbərlər