Benində dövlət çevrilişinə cəhdin qarşısı alındı Yeniləndi
Dünya
07.12.2025 15:33
Benində dövlət çevrilişinə cəhdin qarşısı alınıb.
TodayPress TV xəbər verir ki, bu barədə “24 Heures au Benin” məlumat yayıb.
Qeyd edilib ki, çevrilişə cəhd edən bir qrup hərbçi həbs edilib.
***
14:13
Benində bir qrup hərbçi hakimiyyəti ələ keçirdiyini elan edib.
TodayPress TV xəbər verir ki, dövlət telekanalında çıxış edən hərbçilər Prezident Patris Talonu devrildiyini, Hərbi Dirçəliş Komitəsiy aradıldığını, Konstitusiyanın tətbiqinin dayandırıldığını, bütün partiyaların buraxıldığını, ölkə sərhədinin bağlandığını elan ediblər.
Ancaq “jeuneafrique”, “Le Parisienne” və “rfi” nəşrləri bir qrupp hərbçinin Prezident Sarayına hücum etməyə cəhd göstərdiyini, bunun qarşısının alındığını, Prezident Patris Talonun təhlükəsiz məkanda olduğunu yazıb.
Qeyd edilib ki, bir qrup hərbçi yalnız televiziya binasını ələ keçirə bilib, hazırda Ordu nəzarəti təmin edir.
tag: Bennin ,Hərbçi,Hakimiyyət ,Patris Talon,Todaypress.tv,
