BƏƏ-nin nüvə infrastruktruna zərbə endirildi

BƏƏ-nin nüvə infrastruktruna zərbə endirildi
18.05.2026 10:14 Dünya

Birləşmiş Ərəb Əmirlikləri Müdafiə Nazirliyi ölkədə yerləşən "Barakah" Atom Elektrik Stansiyasının yaxınlığındakı elektrik generatoruna pilotsuz uçuş aparatının zərbə endirildiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, daha iki pilotsuz uçuş aparatı isə hava hücumundan müdafiə qüvvələri tərəfindən havada zərərsizləşdirilib.

Məlumata görə, pilotsuz aparatların ölkənin qərb sərhədi istiqamətindən gəldiyi müəyyən edilib. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir və PUA-ların hansı mənbədən buraxıldığı hələlik açıqlanmayıb.

TodayPress TV

XƏBƏR LENTİ
09 IYUL 2026
Bütün Xəbərlər