"Bavariya"dan inamlı qələbə

"Bavariya"dan inamlı qələbə
10.12.2025 03:44 Dünya

UEFA Çempionlar Liqasının liqa mərhələsində altıncı turun oyunlarına start verilib.

TodayPress TV xəbər verir ki, gün ərzində baş tutucaq doqquz qarşılaşmadan ikisi artıq başa çatıb.

"Bavariya" öz meydanında "Sportinq"lə üz-üzə gəlib. Əvvəlcə avtoqola imza atan Münhen klubu sonradan rəqib qapısına üç dəqiq zərbə endirib - 3:1.

Digər matçda "Kayrat" doğma azarkeşləri önündə "Olimpiakos"u qəbul edib. Almatı təmsilçisi bu dəfə də meydanı xalsız tərk edib. Görüş qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb - 0:1.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər