Avstraliya 16 yaşdan kiçiklərin sosial media hesablarını blokladı

Dünya

10.12.2025 19:30

10 dekabr 2025-dən etibarən ölkədə əsas sosial şəbəkələr 16 yaşdan kiçik istifadəçilərin hesablarını bloklamaq məcburiyyətindədir.

TodayPress TV xəbər verir ki, bu barədə Avstraliyanın "eSafety" agentliyi məlumat yayıb.

Məlumata görə, 2024-cü ildə qəbul edilən qanun həm mövcud yeniyetmə hesablarının silinməsini, həm də yeni hesabların yaradılmasının qadağan edilməsini tələb edir.

Məhdudiyyətlər 10 platformaya şamil olunur: "Facebook", "Instagram", "Kick", "Reddit", "Snapchat", "Threads", "TikTok", "Twitch", "X" və "YouTube". "The Guardian" yazır ki, "X" istisna olmaqla, bütün platformalar qaydalara əməl etməyə hazır olduqlarını bildiriblər.

Qanunu pozan şirkətlər 49,5 milyon Avstraliya dollarına qədər cərimələnə bilər. Bununla belə, qaydanı pozan uşaqlar və onlara icazə verən valideynlər cəzalandırılmır, məsuliyyət yalnız platformalara düşür.

Türkan İsgəndərli

TodayPress TV

tag: Avstraliya,Telefon,Uşaq,Qadağan,Todaypress.tv,