Avropada Ukrayna əleyhinə böyük hərəkat başladı: "Bunun sonu faciədir!"

Dünya

16.05.2026 11:39

"Finlandiya Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) Şimali Avropa dövlətinin hava məkanına növbəti müdaxiləsinə görə rəsmi Kiyevə hərbi yardımı təcili olaraq dayandırmalıdır".

TodayPress TV xəbər verir ki, bu barədə finlandiyalı siyasətçi və "Azadlıq Alyansı" partiyasının üzvü Armando Mema "X" sosial şəbəkəsində bildirib.

Mema Ukrayna Prezidenti Volodimir Zelenskiyə müraciətində Kiyevin Finlandiyanın mülki əhalisini təhlükəyə atdığını vurğulayıb. Onun sözlərinə görə, yaranmış vəziyyət fonunda Ukrayna tərəfi Helsinki tərəfindən yardım almağa davam edə bilməyəcək.

Məlumata görə, siyasətçi Ukrayna münaqişəsinin Finlandiya ilə Rusiya arasında gərginliyi tədricən, lakin qaçılmaz olaraq artırdığını əlavə edib. Onun fikrincə, bu, faciəvi bir vəziyyətdir, çünki əvvəllər iki ölkə arasındakı münasibətlər tamamilə fərqli olub.

Qiymət Mahir

tag: Finlandiya ,Ukrayna ,Şimali Avropa,Kiyev,TodayPress TV,