Almaniya və ABŞ İrana qarşı ortaq mövqedə - Merts AÇIQLADI

Almaniya və ABŞ İrana qarşı ortaq mövqedə - Merts AÇIQLADI
18.05.2026 22:22 Dünya

Almaniya Kansleri Fridrix Merts ABŞ lideri Donald Tramp ilə İran münaqişəsinin nizamlanmasını müzakirə etdiyini və ABŞ-nin bu məsələdəki mövqeyini tamamilə bölüşdüyünü bildirib.

TodayPress TV xəbər verir ki, Almaniya Kansleri qeyd edib:

"İran artıq bölgəni və bütün dünyanı girov saxlamamalıdır. Nüvə proqramına son qoyulmalıdır. İsrailə və regiondakı tərəfdaşlarımıza qarşı hücumlar olmamalıdır".

Merts həmçinin vurğulayıb ki, İran Hörmüz boğazından azad və maneəsiz keçidi yenidən təmin etməlidir.

Kanslerin sözlərinə görə, o, bu məqsədlərə nail olmaq üçün ölkələrin birgə fəaliyyəti barədə artıq Tramp ilə razılığa gəlib.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər