Almaniya kanslerindən Trampın yubileyinə sirli hədiyyə: İçində nə var?

Almaniya kanslerindən Trampın yubileyinə sirli hədiyyə: İçində nə var?
13.06.2026 10:00 Dünya

Almaniya Kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Trampın ad günü münasibətilə xüsusi hədiyyə və əlyazma məktub hazırlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Der Spiegel" nəşri məlumat yayıb.

Bildirilib ki, Merz hədiyyəni iyunun 16-da Fransanın Evian şəhərində keçiriləcək G7 sammiti çərçivəsində ABŞ Prezidentinə şəxsən təqdim edəcək. Hədiyyənin nədən ibarət olduğu isə hələlik açıqlanmır.

Məlumata görə, iyunun 14-də 80 yaşını qeyd edəcək Donald Trampın ad günü münasibətilə Ağ Evin ərazisində UFC tədbiri də keçiriləcək. Turnirin əsas döyüşündə UFC-nin yüngül çəkidə məğlubedilməz çempionu, gürcü əsilli ispan döyüşçü İliya Topuriya amerikalı Castin Qetjiyə qarşı titulunu ilk dəfə müdafiə edəcək.

Qiymət Mahir

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər