Alen Simonyan evlənir

Alen Simonyan evlənir
17.06.2026 11:55 Dünya

Ermənistan parlamentinin sədri Alen Simonyan və sevgilisi, model Anela Qubryan rəsmi nikah üçün müraciət ediblər.

TodayPress TV xəbər verir ki, cütlük artıq Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyatı orqanına ərizə təqdim edib.

Erməni mətbuatının məlumatına əsasən, Alen Simonyan və Anela Qubryan yaxın vaxtlarda evlənməyə hazırlaşırlar. Toy mərasiminin keçiriləcəyi tarix və məkanla bağlı isə hələlik rəsmi məlumat açıqlanmayıb.

Qeyd edək ki, Alen Simonyan ötən il jurnalist Mariam Marqaryan ilə boşanıb. Cütlüyün bu nikahdan iki övladı var.

Həmçinin bildirilir ki, Alen Simonyanın yeni sevgilisi Anela Qubryan ondan təxminən 20 yaş kiçikdir.

Qiymət Mahir



XƏBƏR LENTİ
17 IYUN 2026
Bütün Xəbərlər