Rusiya aktivləri üçün fövqəladə mexanizm işə salır

Dünya

10.12.2025 13:40

Avropa İttifaqı (Aİ) Rusiya aktivlərinin dondurulması məsələsində Macarıstanın vetosundan yan keçmək üçün yeni mexanizm hazırlayır.

TodayPress TV xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

Məlumata görə, dekabrın 18–19-da keçiriləcək Aİ sammitində Rusiya aktivlərinin dondurulması üçün fövqəladə səlahiyyətlərdən istifadəni nəzərdə tutan qanun layihəsinin müzakirəsi planlaşdırılır. Bu mexanizm Macarıstanın veto hüququnu faktiki olaraq aradan qaldıra bilər.

Aktivlərin qeyri-müəyyən müddətə dondurulması Aİ-nin Ukraynaya iki il ərzində veriləcək 90 milyard avroluq kredit üçün əsas təminat kimi nəzərdə tutulur.

Aİ bu addımı həm də sülh danışıqlarında Rusiyaya qarşı təsir vasitəsi kimi dəyərləndirir.

Macarıstan hökuməti isə bu qərara etiraz edir. 

Rəsmi Budapeşt Aİ Komissiyasının bu təşəbbüsünü “səlahiyyət həddini aşmaq” kimi qiymətləndirib.

Jalə Rövşən

TodayPress TV

tag: Avropa İttifaqı ,Rusiya aktivləri,Macarıstan,Budapeşt ,Todaypress.tv,