Aİ Belçikanı Rusiya aktivlərinə görə təcrid etməyə hazırlaşır
Dünya
11.12.2025 10:16
Aİ, Rusiyanın dondurulmuş aktivləri ilə bağlı Belçikanın veto qərarına görə bu ölkəyə qarşı təzyiq mexanizmlərini nəzərdən keçirir.
TodayPress TV "Politico"ya istinadən xəbər verir ki, Belçika Baş naziri Bart de Vever Ukraynaya dəstək məqsədi ilə Rusiya aktivlərinin istifadəsinə qarşı çıxır və bu, Aİ daxilində narazılıq yaradıb.
Məlumata görə, Aİ əvvəlcə Belçikanın narahatlıqlarını öyrənərək kompromis tapmağa çalışacaq. Lakin de Vever mövqeyini dəyişməsə, o, Macarıstan Baş naziri Viktor Orban kimi Aİ-də təcrid oluna və fikirlərinə məhəl qoyulmayan liderə çevrilə bilər. Diplomatlar hətta onun telefon zənglərinə belə cavab verilməyə biləcəyini deyirlər.
Qeyd edək ki, Rusiya XİN rəhbəri Sergey Lavrov Avropada rus aktivlərinin müsadirəsi halında cavab addımlarının atılacağını bəyan edib.
Jalə Rövşən
tag: Rusiya,Belçika,Aİ,Bart de Vever,Todaypress.tv,
