Ağ Ev onun gedişini gözləyirdi, amma... — Netanyahu Trampa meydan oxudu!

Ağ Ev onun gedişini gözləyirdi, amma... — Netanyahu Trampa meydan oxudu!
10.06.2026 16:14 Dünya

İsrailin Baş naziri Benyamin Netanyahu bu ilin payızında keçirilməsi planlaşdırılan parlament seçkilərində iştirak edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə "RİA"ya hakim “Likud” partiyasındakı mənbə məlumat verib.

“İsrailin Baş naziri Benyamin Netanyahu qarşıdakı seçkilərdə mütləq iştirak edəcək”, – deyə mənbə bildirib.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp "ABC News" telekanalına müsahibəsində Netanyahunun hazırkı səlahiyyət müddəti başa çatdıqdan sonra yenidən seçkilərdə iştirak etmək istəyib-istəməyəcəyinə əmin olmadığını demişdi.

Trampın sözlərinə görə, İsrail liderinin gələcək siyasi planları ilə bağlı yekun qərarı yalnız onun özü verə bilər.

Qiymət Mahir

XƏBƏR LENTİ
10 IYUN 2026
Bütün Xəbərlər