Adını dəyişib Çinə gedir... — Sanksiyalardan belə yayınacaq!

Dünya

13.05.2026 10:11

ABŞ dövlət katibi Marko Rubionun Çinə əvvəlki sanksiyalar səbəbindən başqa adla səfər edəcəyi bildirilib.

TodayPress TV xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Məlumata görə, Çin hakimiyyəti ABŞ Prezidenti Donald Tramp və nümayəndə heyətinin dövlət səfəri ərəfəsində Rubionun soyadının çin dilində transliterasiyasını dəyişib.

Nəşr qeyd edir ki, Marko Rubio senator olduğu dövrdə Çində insan hüquqlarını fəal şəkildə müdafiə edib və buna görə Pekin ona iki dəfə sanksiya tətbiq edib.

Bildirilir ki, Rubio 2025-ci ilin yanvarında vəzifəyə başlamazdan əvvəl Çin hökuməti və dövlət mediası onun soyadının ilk hecasını ifadə edən heroqlifi dəyişməyə başlayıb.

Diplomatların sözlərinə görə, dəyişiklik ona görə edilib ki, Rubio əvvəlki yazılış altında sanksiya siyahısında qalırdı və həmin məhdudiyyətlərə ölkəyə giriş qadağası da daxil idi.

Qeyd edək ki, Amerika mediası Rubionun Pekinə gedən təyyarədə boz idman geyimində çəkildiyi və keçmiş Venesuela prezidenti Maduronun şəkli ilə müqayisə edildiyi bir fotoşəkilə diqqət çəkib.

Qiymət Mahir



tag: ABŞ ,Marko Rubio, Çin,Diplomat,TodayPress TV,