ABŞ və Körfəz ölkələri Hörmüz boğazında rüsum tətbiqinə qarşı çıxdı

ABŞ və Körfəz ölkələri Hörmüz boğazında rüsum tətbiqinə qarşı çıxdı
25.06.2026 21:20 Dünya

ABŞ və Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələri Hörmüz boğazında tranzit rüsumlarının tətbiqinə dair hər hansı cəhdləri rədd ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə Manamada keçirilən nazirlər görüşünün yekunlarına dair birgə bəyanatda məlumat verilib.

"Nazirlər şərt qoyulmadan və məhdudiyyət olmadan gəmiçilik azadlığının regional və qlobal təhlükəsizlik üçün fundamental olaraq qaldığını qeyd edərək, Hörmüz boğazının açılmasının vacibliyini vurğulayıblar. Nazirlər hər hansı rüsum və vergilərin tətbiqini, yaxud boğaz üzərində nəzarət yaratmaq cəhdlərini rədd ediblər", - deyə KƏŞ katibliyi tərəfindən dərc olunmuş sənəddə qeyd edilib.

Tərəflər həmçinin Oman və Beynəlxalq Dəniz Təşkilatının boğaz zonasında köməksiz vəziyyətdə qalmış 11 mindən çox dənizçinin təxliyə edilməsi üzrə birgə təşəbbüsünü alqışlayıblar.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
25 IYUN 2026
Bütün Xəbərlər