ABŞ Ukraynaya 400 milyon dollar yardım ayıracaq

Dünya

08.12.2025 11:10

ABŞ qanunvericiləri 2026-cı il üçün müdafiə büdcəsi ilə bağlı yeni qanun layihəsini təqdim edib. Sənəd milli təhlükəsizlik üçün rekord səviyyədə vəsait və Ukraynaya 400 milyon dollarlıq hərbi yardım nəzərdə tutur.

TodayPress TV xəbər verir ki, bu barədə “The Hill” məlumat yayıb. 

Bildirilib ki, ABŞ-nin 2026-cı il müdafiə büdcəsi 901 milyard dollar təşkil edəcək. Qanun layihəsində Ukrayna üçün “Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsü” çərçivəsində 400 milyon dollar ayrılması göstərilib.

Sənəd, həmçinin Rusiyanın Hind-Sakit okean regionunda, xüsusən də Çinə təsir edən hərbi strategiyasının qiymətləndirilməsini, eləcə də Moskva ilə Pekin arasında müdafiə sahəsində əməkdaşlıq, birgə təlimlər, müdafiə ticarəti və kəşfiyyat məlumatlarının paylaşılmasının araşdırılmasını tələb edir.

Aysel Mətləb

TodayPress TV

tag: ABŞ,Ukrayna ,Rusiya,Yardım ,Todaypress.tv,