ABŞ Rusiyaya neft güzəştini uzatdı - Səbəb nədir?

Dünya

18.05.2026 20:26

ABŞ Maliyyə Nazirliyi Rusiyadan gəmilərə yüklənmiş neft məhsullarının satışı və daşınması ilə bağlı əməliyyatların Amerika sanksiyalarından azad edilməsi müddətini daha 30 gün uzatmaq qərarına gəlib.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" agentliyi öz mənbəsinə istinadən məlumat yayıb.

Məlumata görə, əvvəl bir neçə dövlət Rusiya neftinin satınalınması üçün daha çox vaxt əldə etmək məqsədilə müraciət edib.

Xatırladaq ki, ABŞ tankerlərə yüklənmiş Rusiya mənşəli neft və neft məhsullarının satışı, daşınması və boşaldılması ilə bağlı əməliyyatların mayın 16-dək həyata keçirilməsinə icazə vermişdi.

Aysel Mətləb

TodayPress TV

tag: Rusiya,ABŞ,Sanksiya,Neft,TodayPress TV,