ABŞ nüvə böhranı ilə bağlı İrana təklif göndərdi
ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ İranın nüvə proqramı ilə bağlı problemi həll etmək üçün Tehrana yazılı təklif göndərib.
TodayPress TV xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.
Ağ Ev rəhbərinin sözlərinə görə, İran bu təklifi alıb və indi tez qərar verməlidir.
Tramp xəbərdarlıq edib ki, əks halda pis nəticələr ola bilər.
Türkan İsgəndərli