ABŞ-nin NATO-dan çıxması üçün qanun layihəsi təqdim edildi

Dünya

10.12.2025 11:26

ABŞ Konqresinə ölkənin NATO-dan çıxmasını nəzərdə tutan qanun layihəsi təqdim edilib.

TodayPress TV xəbər verir ki, təşəbbüs Kentukkidən olan respublikaçı konqresmen Tomas Massi tərəfindən irəli sürülüb.

Massi bəyan edib ki, NATO ABŞ-nin milli təhlükəsizlik maraqlarına uyğun deyil və artıq Soyuq Müharibə dövrünün qalığıdır. Onun sözlərinə görə, alyansa üzvlük ABŞ vergi ödəyicilərinə trilyonlarla dollara başa gəlib və ölkənin xarici münaqişələrə cəlb olunması riskini artırır.

Qanun layihəsi prezidentin sənəd qüvvəyə mindikdən sonra 30 gün ərzində ABŞ-nin NATO-dan çıxması barədə alyansa rəsmi bildiriş göndərməsini və alyansın maliyyələşdirilməsinə büdcə vəsaitlərinin ayrılmasının dayandırılmasını nəzərdə tutur. Oxşar təşəbbüs Senata da təqdim edilib.

Qeyd edək ki, prezident Donald Tramp da dəfələrlə müttəfiqlərin az müdafiə xərci qoymasını əsas gətirərək ABŞ-nin NATO-dan çıxa biləcəyini bildirib.

Jalə Rövşən 

TodayPress TV

tag: ABŞ,NATO,Tomas Massi ,Alyans ,Todaypress.tv,