ABŞ Nigeriyaya hərbi texnika tədarük etməyi öhdəliyinə götürür
Dünya
24.01.2026 11:15
ABŞ Nigeriyaya müdafiə avadanlığı da daxil olmaqla, hərbi texnika tədarük etməyi öhdəliyinə götürüb.
TodayPress TV xəbər verir ki, bu barədə Nigeriyanın İnformasiya və Milli Siyasət Nazirliyi məlumat verib.
"Amerika Birləşmiş Ştatları Nigeriyaya artıq müdafiə avadanlığı verməyə hazırdır", - deyə bəyanatda bildirilib.
Bundan əlavə, ABŞ son beş ildə Nigeriya tərəfindən alınan pilotsuz uçuş aparatları, helikopterlər, ehtiyat hissələri və dəstək sistemləri də daxil olmaqla hərbi texnika sifarişlərini yerinə yetirməyi üzərinə götürüb.
Qeyd edək ki, bu açıqlama ABŞ nümayəndə heyəti ilə Nigeriyanın Milli Təhlükəsizlik Müşaviri Nuhu Ribadu arasında paytaxt Abujada keçirilən görüşdən sonra verilib.
Aysel Mətləb
tag: ABŞ ,Nigeriya,Hərbi,Texnika,Todaypress.tv,
