ABŞ Misir və İsrail liderlərini barışdırmaq istəyir

ABŞ Misir və İsrail liderlərini barışdırmaq istəyir
07.12.2025 23:36 Dünya

ABŞ Qəzza zolağında müharibə başlayandan bəri əlaqə qurmayan İsrailin Baş naziri Benyamin Netanyahu ilə Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi arasında görüş təşkil etməyi düşünür.

TodayPress TV xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən "Axios" məlumat yayıb.

Qeyd olunub ki, Vaşinqton Netanyahunun Misirlə strateji qaz sazişini təsdiqləyəcəyini və Əs-Sisini görüşə razı salmaq üçün əlavə addımlar atacağını gözləyir.

Məqalədə deyilir: "Bu vacibdir, çünki ABŞ iqtisadi diplomatiya vasitəsilə İsrail və ərəb ölkələri arasında münasibətləri yaxşılaşdırmağa çalışır".

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər