ABŞ Kubaya qarşı yeni sanksiyalar elan etdi - SİYAHI
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) doqquz kubalı şəxsə və bir təşkilata qarşı sanksiyalar tətbiq edib.
TodayPress TV xəbər verir ki, sanksiya siyahısına Kuba Dövlət Şurasının sədri Xuan Lazonun, Kuba əks-kəşfiyyatının rəisi Xose Migel Qomes del Vallinin, ədliyyə naziri Rozabel Qamon Verdenin, energetika naziri Visente de la O Levinin, rabitə naziri Marin Areviçin və bir neçə Kuba hərbi liderinin adları əlavə edilib.
Həmçinin Kuba Kəşfiyyat İdarəsi də sanksiyalara məruz qalıb.
Aysel Mətləb