ABŞ-İsrail əməliyyatının ilk mərhələsi 4 gün davam edə bilər
ABŞ və İsrailin İrana qarşı əməliyyatının aylarla əvvəl planlaşdırıldığı bildirilir.
TodayPress TV xəbər verir ki, bu barədə adı açıqlanmayan təhlükəsizlik mənbəsi İsrailin 12-ci kanalına məlumat verib.
Mənbənin sözlərinə görə, İsrail bu əməliyyatda “bütün imkanları ilə” iştirak edir və ABŞ də eyni mövqedədir. Bildirilir ki, birgə hücumun ilkin mərhələsinin təxminən dörd gün davam etməsi planlaşdırılıb.
Telekanalın məlumatına görə, ilk zərbələr iranlılar üçün gözlənilməz olsun deyə səhər saatlarında endirilib.
Qiymət Mahir