ABŞ İran neftinə qarşı sanksiyaları dayandırır
Dünya
18.05.2026 18:15
ABŞ İranla aparılan danışıqlar zamanı İran neftinə qarşı tətbiq olunan sanksiyaların dayandırılmasına razılıq verib.
TodayPress TV xəbər verir ki, bu barədə "Tasnim" məlunat yayıb.
Məlumata görə, Vaşinqton əvvəlki təkliflərdən fərqli olaraq, danışıqlar müddətində neft sanksiyalarını müvəqqəti dayandırmağa hazır olduğunu bildirib. Lakin ABŞ yalnız yekun razılaşma əldə edilənədək ABŞ Maliyyə Nazirliyi tərəfindən tətbiq olunan sanksiyaların ləğvini nəzərdə tutur.
Tehran isə bütün məhdudiyyətlərin tam şəkildə aradan qaldırılmasını tələb edir.
Bundan əvvəl "The New York Times" mənbələrə istinadən yazmışdı ki, ABŞ və İsrail İrana qarşı mümkün hərbi əməliyyatların yenidən başlamasına hazırlaşır. Qəzetin iddiasına görə, İran yaxın günlərdə yeni hücumlarla üzləşə bilər.
Türkan İsgəndərli
tag: ABŞ,İran,Neft,Sanksiya,Todaypress.tv,
