ABŞ-də neft hasilatı REKORD həddə çatdı
Noyabrın 13-nə olan məlumata görə, ABŞ-də gündəlik neft hasilatı 14,032 milyon barrelə çataraq rekord göstərici qeydə alıb. Bu, bir həftə əvvəlki göstəricidən gündəlik 19 min barrel çoxdur.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatlarında bildirilir.
Bir il əvvəl ABŞ-də gündəlik neft hasilatı 13,834 milyon barrel təşkil edib. Son dörd həftə üzrə orta göstərici isə gündəlik 14,01 milyon barrel olub.
Qeyd edək ki, noyabrın 10-da ABŞ Energetika Nazirliyi cari il üzrə neft hasilatı proqnozunu əvvəlki 13,87 milyon barrel göstərici ilə müqayisədə gündəlik 10 min barrel artırıb.
Nazirliyin gözləntilərinə görə, 2027-ci ildə ABŞ-də gündəlik neft hasilatı 14,3 milyon barrel təşkil edəcək. Əvvəlki proqnozda da eyni göstərici nəzərdə tutulmuşdu.
Aysel Mətləb