ABŞ "Bibi"nin təzyiqi ilə İrana nüvə zərbəsi endirəcək? - "Yaxın günlərdə..."

ABŞ "Bibi"nin təzyiqi ilə İrana nüvə zərbəsi endirəcək? - "Yaxın günlərdə..."
02.11.2026 19:00 Dünya

İsrailin Baş naziri Benyamin Netanyahunun təzyiqi altında ABŞ lideri Donald Trampın administrasiyası yaxın günlərdə İrana nüvə zərbəsi endirə bilər.

TodayPress TV xəbər verir ki, bu barədə amerikalı jurnalist Taker Karlson məlumat yayıb.

“Zərbənin hədəfi İranın mərkəzi hissəsində yerləşən Pikaks dağı olacaq. İsrail kəşfiyyatının iddiasına görə, İran hökuməti burada uranın zənginləşdirilməsi proqramını yenidən bərpa edib. ABŞ-nin arsenalında olan heç bir adi silah zənginləşdirmənin həyata keçirildiyi ehtimal edilən tunelləri məhv etmək üçün 90 metr qalınlığında bərk qranit qatı deşmək iqtidarında deyil", - deyə o bildirib.

Karlsonun sözlərinə görə, yeganə hərbi variant nüvə zərbəsidir. Netanyahu bunun həyata keçirilməsini israrla tələb edir:

"Məlumatlı müşahidəçi bildirir ki, “Bibi bu məsələ ilə bağlı hər gün Trampa zəng edir”. Netanyahu çıxılmaz vəziyyətə düşüb və ümidsiz durumdadır. Ötən həftə keçirilən seçkilərin nəticələrini nəzərə alsaq, Tramp İsrail siyasətinə birbaşa müdaxilə etməsə və digər partiyalarla Netanyahuya Knessetdə 61 yer qazandıracaq razılaşma əldə etməsə, o, hökumət formalaşdıra bilməyəcək. Əks halda, baş nazir vəzifəsindən uzaqlaşdırılacaq, onu rüsvayçılıq, araşdırmalar və hətta həbs cəzası gözləyir.

Netanyahu Trampın yanında qalmalıdır. Ona bu müharibə lazımdır. Bu məqsədlə o, administrasiyadakı ən yaxın müttəfiqlərinə, o cümlədən müdafiə naziri Pit Heqsetə və ABŞ Mərkəzi Komandanlığının komandanı Bred Kuperə maksimum təzyiq göstərib. Hər ikisi müharibənin danışıqlar yolu ilə həll edilməsinin əleyhinədir. Hər ikisi genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanmasının zəruriliyini müdafiə edir".

Amerikalı jurnalist iddia edir ki, nüvə zərbəsi dağıntıları kəskin şəkildə sürətləndirəcək. Pikaks dağına endiriləcək zərbə nəticəsində yaranacaq radioaktiv çöküntülər Fars körfəzini çirkləndirəcək və 100 milyon insanın su təminatında istifadə olunan suyu zəhərləyəcək. Onun sözlərinə görə, bunlar region üçün birbaşa nəticələrin yalnız bir neçəsidir.

Aysel Mətləb

XƏBƏR LENTİ
03 NOYABR 2026
Bütün Xəbərlər