ABŞ İrana hücum edib? - Tramp bəyan etdi

ABŞ İrana hücum edib? - Tramp bəyan etdi
03.11.2026 19:16 Dünya

ABŞ Prezidenti Donald Tramp ölkəsinin ötən gecə İranda “kiçik hücum” həyata keçirdiyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə o, “Fox News”a açıqlamasında danışıb.

Dövlət başçısı qeyd edib ki, o çoxlu insanı öldürmək niyyətində deyil, lakin məcbur olsa, bunu edəcək.

"Bütün gəmilər dənizin dibindədir. Onların 288 təyyarəsi var idi. Hər bir təyyarə İranın uçuş-enmə zolaqlarının hər tərəfinə səpələnmiş xırda-xırda parçalara çevrilib. Onların təyyarələri yoxdur. Hava hücumundan müdafiə sistemləri yoxdur. Ötən gecə onlardan bəzilərini sıradan çıxardıq. Bu, sadəcə kiçik bir hücum idi. Müharibə deyildi.

Onlar hava hücumundan müdafiə obyekti tikmişdilər. Bu, təxminən iki ay çəkdi. Biz onun tikintisini izləyirdik. Tikinti başa çatan kimi ötən gecə onu uğurla vurduq", - deyə Tramp bəyan edib.

Aysel Mətləb

XƏBƏR LENTİ
03 NOYABR 2026
Bütün Xəbərlər