Berlində Ukrayna sammiti: Fransa, Britaniya və Almaniya bir arada
Almaniya Fransa və Böyük Britaniya ilə birlikdə noyabrın 19-da Berlində Ukrayna üzrə “könüllülər koalisiyası”nın dövlət və hökumət başçıları səviyyəsində növbəti görüşünü keçirəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merts Berlində Prezident Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
“Fransa və Böyük Britaniya ilə birlikdə gələn həftədən sonra burada, Berlində könüllülər koalisiyasının sammitini keçirəcəyik”, – deyə o bildirib.
Kanslerin iddiasına görə, münaqişə başa çatana qədər avropalılar Kiyevə kömək etməyə davam edəcəklə:
“Mənim şəxsən könüllülər koalisiyasını noyabrın 19-da Berlinə dəvət etməyimin səbəbi də budur”.
Onun sözlərinə görə, Almaniyanın paytaxtına “çoxsaylı dövlət və hökumət başçıları gələcək”. Kansler dəqiqləşdirib ki, görüşdə Kiyevə yardımın əlaqələndirilməsi, münaqişə başa çatdıqdan sonra mümkün təhlükəsizlik zəmanətləri, eləcə də münaqişənin nizamlanması üzrə diplomatik səylərin uzlaşdırılması məsələləri müzakirə olunacaq.
Aysel Mətləb