ABŞ-də seçki günündə daşqın - Məntəqələr təcili köçürüldü
Floridanın bir neçə dairəsində qəfil daşqınlar səbəbindən seçki məntəqələri dəyişdirilib.
TodayPress TV xəbər verir ki, bu barədə Floridada Senata namizədlər, respublikaçı Eşli Mudi və demokrat Enci Nikson "X" sosial şəbəkəsində seçicilərə müraciət edərək yenilənmiş seçki məntəqələrinə diqqət yetirməyə çağırıblar.
Qeyd edək ki, cənub-qərb bölgəsində güclü yağışlar və qəfil daşqınların Kolorado, Arizona, Yuta və Nyu-Meksiko ştatlarının bəzi ərazilərində seçicilərin seçki məntəqələrinə çatmasını çətinləşdirəcəyi gözlənilirdi.
Aysel Mətləb