Lukaşenko Trampın yerini dəyişmək istəyir - Təklif etdiyi VƏZİFƏ
Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampın BMT-yə rəhbərlik etməsini təklif edib.
TodayPress TV xəbər verir ki, Lukaşenko bu barədə Minskdə keçirilən IV Minsk Beynəlxalq Avrasiya Təhlükəsizliyi Konfransının kuluarlarında İsrail nümayəndələri ilə söhbəti zamanı danışıb.
O, Trampı açıq şəkildə dəstəklədiyini və seçkilər zamanı da onun tərəfini saxladığını bildirib.
Lukaşenkonun sözlərinə görə, Tramp BMT-yə rəhbərlik etsə, təşkilata yeni nəfəs verə və çoxsaylı sülh təşəbbüsləri irəli sürə bilər.
“Onu Birləşmiş Millətlər Təşkilatına rəhbər qoymaq lazımdır. O, bu durğunluğu tez bir zamanda aradan qaldırar və bizə çoxsaylı təşəbbüslər təklif edər”, – deyə Lukaşenko vurğulayıb.
Kübra Musayeva